Bakıda boğazı kəsilən avtoritet "Emin 444"ün görüntüləri yayıldı - FOTO

Bakının Binəqədi rayonunda dava zamanı avtomobilində qətlə yetirilən  Səfərov Emin Ehtiram oğlu   ("Emin 444") krminal aləmin üzvü olub.

Buta.media Unikal.org-a istinadənxəbər verir ki,  qətlə yetirilən Səfərov Emin Ehtiram oğlu ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, "BMW X5” markalı 99 XE 444 nömrəli avtomobili Emin Səfərov öz adında olub. 

O, Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrinə görə məhkum olunub.

Qətlə yetirilən Emin Səfərov "Qəbələ” idman klubunun və Azərbaycan MMA Federasiyasının üzvü olmuş "Ziko” ləqəbi ilə tanınan Ziyadxan Sədiyevin yaxın dostu olub. 

Hadisənin təfərrüatlarına gəlincə isə, Həsən Tağıyev Emil Səfərova məxsus "BMV” markalı avtomobilin arxa oturacağına əyləşib bıçaqla onun bədəninə zərbələr endirib, sonra isə boğazını kəsib. O, Emilin öldüyünə əmin olduqdan sonra hadisə yerini tərk edib.

Bildirilir ki, H. Tağıyevlə E.Səfərov əvvəllər də tanış olublar. Məsələnin kriminal söz-söhbət əsasında törədildiyi qeyd edilir.

Qeyd edək ki, "Sanka Zver" ləqəbli ilə tanınan azərbaycanlı qanuni oğru Cabir Qasımovda məhz bu cür qətlə yetirilmişdi. O, tanışı tərəfindən öz avtomobilində öldürülüb. Maraqlısı ondadır ki, Cabir Qasımovu da arxa oturacaqda oturan "Lotu Kəvir" kimi tanınan kriminal aləm üzvü qətlə yetirib.

Xatırladaq ki, "Ziko" ləqəbli idmançı 2017-ci ildə Binəqədidə yerləşən "Marafon” idman zalında dostlarıyla birlikdə hücum edərək dava salmışdı. Bu davaya MMA üzrə Dünya çempionu Əli Nəcəfi və Ziyadxan Sədiyevin özü arasında mübahisə səbəb olmuşdu. Bundan sonra "Ziko" dostlarıyla birlikdə həbs olunmuşdu.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ