Bakıda dənizdə batan gəncin paylaşımı hər kəsi kövrəltdi - video

Bakıda dənizdə batan gəncin axtarışları davam edir.

Belə ki, iyulun 24-ü axşam saatlarında Bakının Pirşağı qəsəbəsində dənizdə üzərkən batan Ağstafa sakini, 2003-cü il təvəllüdlü Samir Süleymanovun axtarışları davam edir.

Əlverişsiz hava şəraiti səbəbindən axtarışlar daha da çətinləşib.

Gəncin sosial şəbəkə hesabındakı duyğusal paylaşımı isə diqqət çəkib: 

“Mən öləndən sonra qədrimi biləcəksiniz”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ