Paytaxtın Binəqədi rayonu İsrafil Həşimov küçəsində baş vermiş dava zamanı kriminal aləmdə "Emil 444" ləqəbi ilə tanınan Səfərov Emil Ehtiram oğlu qətlə yetirilib.
Buta.media Unikal.org-a istinadən xəbər verir ki, həmçinin 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu bıçaq xəsarətləri ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Qətlə yetirilən Emil Səfərovdan başqa 2 nəfər də bıçaqlanıb. Bıçaq xəsarəti ilə Əli Yusifov 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. O, döş qəfəsinin sol tərəfindən bıçaqlanıb. Xəstəxanada onun yarasına tikiş vurulub. Həkimlərin israrına baxmayaraq o, xəstəxanada qalıb müalicə almaqdan imtina edib.
Sözügedən şəxs gecə ilə 1 saylı Kliniki Tibbi Mərkəzi tərk edib.