Paşinyan Bakı və İrəvanın mövqelərinin yaxınlaşacağını gözləyir

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskva görüşünün sülh müqaviləsi ilə bağlı İrəvan və Bakının mövqelərini yaxınlaşdıracağını gözləyir.

“Gözləyirəm ki, görüşdə onlar mümkün sülh sazişinin daha bir neçə müddəasını razılaşdıra biləcəklər”, - Paşinyan çərşənbə axşamı mətbuat konfransında deyib.

Rusiya XİN-dən bildiriblər ki, danışıqlar zamanı Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına, yerdə qalan məsələlərin həlli yollarının axtarılmasına xüsusi diqqət yetiriləcək.

Üç ölkənin xarici işlər nazirləri həmçinin regionda nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası, ictimaiyyətlə ekspertlər arasında təmaslar, iki ölkənin parlamentariləri arasında dialoqun başlanması məsələlərini müzakirə etməyi planlaşdırırlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ