Ötən gün Siyəzən rayonunun Zarat kəndində dənizdə batan yeniyetmələrdən daha birini meyiti tapılıb.
16 yaşlı kənd sakini Manafov Mehdi Elgün oğlunun meyiti FHN-in dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, daha əvvəl Bakı sakini 17 yaşlı Əhmədov Nemət Əbdül oğlunun da meyiti idaha əvvəl dənizdən çıxarılıb. Hazırda üçüncü yeniyetmə - Zarat kənd sakini Bəşirov Rəvan Hacıəhməd oğlunun axtraışları davam etdirilir.