UEFA Avropa Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
“Qarabağ”ın da potensial rəqibləri dəqiqləşib.
Qurban Qurbanovun yetirmələri polşalıları keçsə, “Aris” (Kipr) – BATE (Belarus) cütünün qalibi ilə üzləşəcək.
Azərbaycanı Çempionlar Liqasında təmsil edən Ağdam klubu II təsnifat mərhələsində Polşa “Rakuv”una uduzsa, mübarizəni məhz qitənin ikinci dərəcəli klub turnirində davam etdirəcək. “Atlılar” bu halda III təsnifat mərhələsində “HİK” (Finlandiya) - “Molde” (Norveç) cütünün məğlubu ilə üz-üzə gələcəklər.