Qubad İbadoğlu FETÖ ilə bağlı saxlanıldı - rəsmi

Daxili İşlər Nazirliyi Qubad İbadoğlu ilə bağlı daha bir məlumat yayıb.

Bildirilir ki, Azərbaycan Daxili İşlər Nazirliyi Türkiyənin Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.

Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib:

"Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Q.İbadoğlu saxlanılıb. Hazırda tədbirlər davam etdirilir".

20:53

Azərbaycanda FETÖ-ya qarşı əməliyyat keçirilib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat nəticəsində 4 azərbaycanlı saxlanılıb.

Onlar FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” mərkəzinin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh şəxs Anar Əliyevdir.

Türkiyə mediasında həmçinin daha bir nəfər partiya sədrinin də saxlanıldığı bildirilir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin partiya sədri Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğludur. O, bir neçə saat əvvəl vəkili Zibeydə Sadıqova ilə birgə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.

Onun saxlanılmasının FETÖ məsələsi ilə sıx bağlı olduğu bildirilir. Qeyd olunur ki, ADR sədri tez-tez ABŞ-nin Pensilvaniya ştatına səfər edib, Fətullah Gülənlə çoxsaylı görüşləri olub. 

Əldə etdiyimiz digər məlumata görə, Azərbaycanda bəzi sahələrdə olduğu kimi, media sektorunda da hələ də FETÖ ilə əlaqəli şəxslər var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ