Qara Qarayev “Qarabağ”dan ayrıldı

Azərbaycan yığmasının üzvü Qara Qarayev “Qarabağ”dan ayrılıb.

O, bu gün komanda yoldaşları ilə vidalaşaraq klubun bazasını tərk edib. 

Təcrübəli yarımmüdafiəçinin “Neftçi”yə keçəcəyi və 2 illik müqavilə imzalayacağı deyilir. 

“Qarabağ”ın futbolçusu Abbas Hüseynov da sosial şəbəkə hesabında Qara Qarayevlə fotosunu paylaşaraq ona uğurlar arzulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ