Özünü yandıran qazi vəfat etdi - foto

Biləsuvar rayonunun Səmədabad kənd sakini 44 günlük Vətən müharibəsi qazisi İbadov Nizaməddin dünyasını dəyişib. 

33 yaşlı qazi iyulun 21-də yaşadığı evin önündə özünü yandıraraq intihara cəhd edib.

Onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, İbadov Nizaməddin Hidayət oğlu “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdi. 2 övladı var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ