Həbsdən çıxan Təranədən ilk paylaşım - Məni axtarmayın

Tanınmış prodüser Təranə Səmədova azadlığa çıxdıqdan sonra ilk dəfə danışıb.

Buta.media xəbər verir ki, anası və qızı ilə birgə foto paylaşan prodüser haqqında xoşagəlməz şərhlər yazanlarla qanun çərçivəsində görüşəcəyini deyib:

“Əslində deyiləcək sözüm lap çoxdur, lakin bu müddət mənə daha çox susmağı öyrətdi. Ona görə də öz ailəmə, sevdiyimə və müəyən insanlara bu müddət ərzində məni bu cür səbrlə, sevgiylə tək buraxmadıqlarına görə təşəkkür edirəm. 

Bir də bu müddət mənə bir şeyi anlatdı – dostu düşməndən ayırmağı. Bildim həqiqi dostlarım kim imiş, özünü dost kimi qələmə verib, əslində saxtakarlıq edənlər kim imiş. Allah böyükdür, heç vaxt heç kimə pislik arzulamamışam, amma elə buradan həmin saxta dostlara deyirem: boş-boş özünüzü yorub məni axtarmayın”. 

Qeyd edək ki, T. Səmədova qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.

XƏBƏR LENTİ