Ukraynada nazir istefa verdi

Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenko istefa ərizəsini ötən gecə, iyulun 20-də ölkənin Baş naziri Denis Şmıqala təqdim edib.

Bu barədə nazir teleqramda yazıb.

“Müharibə zamanı mədəniyyətin əhəmiyyəti ilə bağlı anlaşılmazlıq dalğasına görə istefamı bu gecə Baş nazirə təqdim etdim. Yalnız sonradan prezidentin eyni məsələ ilə bağlı açıqlaması məni təəccübləndirib”, - Tkaçenko bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Baş nazir Denis Şmıqala mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenkonun dəyişdirilməsi məsələsinə baxmağı tapşırıb.

Bu qərardan əvvəl Mədəniyyət Nazirliyinin Rusiya bazarında işləyən şirkətlərdən rusdilli məhsulun yaradılması üçün milyonlarla qrivna ayırması ilə bağlı qalmaqal yaranmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ