Dövlət Sərhəd Xidməti (DSX) rəisi general-polkovnik Elçin Quliyevə yeni müavin təyin edilib.
General-leytenant Rəsul Tağıyev şəxsi heyətlə iş üzrə rəis müavini, DSX Çevik Hərəkət Qüvvələrinin komandanı təyin edilib.
O buna qədər DSX Döyüş Hazırlığı üzrə Baş İdarənin rəisi vəzifəsində çalışırdı.