Şahzadə Harri və Meqan Markl ayrılır - onlar artıq bir yerdə yaşamırlar

Şahzadə Harri və Meqan Markl “Spotify” ilə müqavilələrini itirdikdən sonra müxtəlif qitələrə gediblər.

Onların maddi vəziyyətinin pis olması ilə bağlı şayiələr yayılmaqda davam edir. Bildirilir ki, cütlük “çox böyük çətinliklər yaşayır və Kaliforniyadakı dəbdəbəli həyat tərzini, o cümlədən 14 milyon dollarlıq malikanədə yaşamaq və böyük təhlükəsizlik xərclərini maliyyələşdirə bilmir”. Bu səbəbdən cütlük ayrılmaq qərarına gəlib və müxtəlif qitələrə üz tutub.

“Bu stress, emosional problemlərlə birgə onların həyatını cəhənnəmə çevirdi. Ümid edirəm ki, fərqli qitələrdə ayrı vaxt keçirmək onlara irəliləmək üçün lazım olanı tapmağa kömək edəcək”, - mənbə bildirib.

“Arxetip” podkastı 2022-ci ilin avqustunda “Spotify”da başlayıb. Həmin vaxtdan müasir dünyada qadınların problemlərinə həsr olunmuş 12 seriya yayımlanıb. Tennisçi Serena Uilyams, müğənni Meray Keri, sosialist Peris Hilton və aktrisa Mind Kalinq də daxil olmaqla, bir sıra məşhurlar Meqan Marklın podkastında qonaq olub.

İyunun 16-da bildirilib ki, “Spotify” Şahzadə Harri Meqan Marklın “Archewell Audio”nun istehsal şirkəti ilə müqaviləni vaxtından əvvəl ləğv edib. 2020-ci ildə bağlanan müqavilə 20 milyon dollar dəyərində qiymətləndirilirdi. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ