Rüfət Babayev vəfat etdi

Əməkdar artist, “Qaya” dövlət ansamblının direktoru Rüfət Babayev vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Xalq artisti Cəmil Əmirov paylaşıb.

Məlumata görə, o, Moskvada ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Rüfət Babayev “Qaya”nın mərhum bədii rəhbəri Rauf Babayevin oğludur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ