Putin BRİKS-in zirvə toplantısında iştirak etməyəcək

Rusiya Prezidenti Vladimir Putin BRİKS-in zirvə toplantısında iştirak etmək üçün Cənubi Afrika Respublikasının (CAR) paytaxtı İohannesburqa getməyəcək.

“Report” xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb.

Bildirilib ki, mərasimdə Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək.

Kremlin mətbuat katibi Dmitri Peskov Prezident Vladimir Putinin BRİKS-in sammitinə video-formatda qatılacağını söyləyib: “Bu tamhüquqlu iştirakdır”.

Qeyd edək ki, Beynəlxalq Məhkəmə Vladimir Putininin həbsinə dair order verib. Belə ehtimal olunur ki, Rusiya Prezidentini CAR-da həbs edəcəklər. Rəsmi Moskvanın İohannesburqa xəbərdarlıq edərək belə bir hadisə CAR-ın Rusiyaya müharibə etməsinə bərabər olacağı barədə xəbərlər yayılmışdı. Kremlin sözçüsü Dmitri Peskov bu məlumatı təkzib edib.

Xatırladaq ki, təşkilat 2006-cı ilin iyununda təsis olunub. BRİKS-in sammiti avqustda keçiriləcək. BRİKS-ə üzv olan dövlətlər bunlardır – Braziliya, Rusiya, Hindistan, Çin və CAR. Onun ilk sammiti 2009-cu il iyunun 19-da keçirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ