Bakıda idman-sağlamlıq mərkəzində azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, Yasamal rayon Zahid Xəlilov küçəsində yerləşən “Megacity” Fitness və Spa mərkəzində 2020-ci il təvəllüdlü Gülay Məmmədli hovuzda boğulub. Nəzarətsiz qalan azyaşlı hovuza yıxılıb və boğularaq dünyasını dəyişib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.