Sabah Bakıda 34 dərəc isti olacaq

İyulun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-34° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi dağlıq rayonlarda duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti , dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ