Avstraliyalı okeanda tufana düşüb və üç ay qayıqda kömək gözləyib - video

İti ilə birlikdə üç ay açıq okeanda qayıqda qalan 51 yaşlı avstraliyalı Tim Şeddok xilas edilib. 

Şeddok aprel ayında Meksikanın La-Pas limanından katamaranla yola düşüb. O, Sakit okeanda Fransız Polineziyası arxipelaqına qədər 6000 km qət etməyi planlaşdırmışdı. Onun iti Bella qayıqda onunla idi.

Səyahət başlayandan bir neçə həftə sonra Şeddok fırtınaya düşüb və katamaranda elektronika və radio rabitəsi sıradan çıxıb. Avstraliyalı və iti iyulun 6-da helikopter tərəfindən aşkarlanıb. Bütün bu müddət ərzində Şeddok yağış suyunu içib və okeanda tutulan çiy balıqları yeyib.

“Mən dənizdə çox çətin təcrübələrdən keçdim. Mənə sadəcə istirahət və yaxşı yemək lazımdır, uzun müddət təkəm. Səhhətimlə bağlı yaxşıyam”, - deyə Şeddok bildirib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ