Aktrisa Ceyn Birkin vəfat edib. Onun adına məşhur qadın çantası var

Fransız aktrisa və müğənni Ceyn Birkin 76 yaşında vəfat edib.

Bu barədə “Le Parisien” nəşri məlumat yayıb.

Ceyn Birkin 14 dekabr 1946-cı ildə Londonda anadan olub. 1966-cı ildə Birkin Mikelancelo Antonioninin “Blow Up” və Cek Smitin “Kaleydoskop” filmlərində çəkilib. 1969-cu ildə o, Pyer Qrimblanın çəkdiyi və baş rolda Serj Qensburun oynadığı “Şüar” filmində qadın baş rolu oynayıb.

1969-cu ildə Fransaya köçən Birkin Qensburla birlikdə məşhur “Je t'aime ... moi non plus” yazır. 1976-cı ildə baş rolda Birkinin oynadığı və  Qensbur tərəfindən çəkilmiş “Mən səni sevirəm ... Məndə səni yox” filmi nümayiş olunub. Filmdə iştirakına görə Birkin Fransanın “Sezar” kino mükafatına namizəd olub. 1980-ci ildə Birkin və Qensburdan ayrılıb. Onların qızı Şarlot Qensbur məşhur aktrisa və müğənni olub.

Ümumilikdə Ceyn Birkinin tərcümeyi-halında onlarla film və iyirmi albom, o cümlədən konsertlər var. Ömrünün son illərinə qədər filmlərdə rol almağa və musiqi ilə məşğul olmağa davam edib.

Şarlottadan başqa Ceyn Birkinin iki övladı var - Keyt Barri (fotoqraf, 2013-cü ildə intihar edərək vəfat edib) və Lu Duayon (müğənni və aktrisa).

Ceyn Birkin dünyanın ən məşhur (və bahalı) çantalarından birinin adıdır. Eyni zamanda, 2015-ci ildə Birkin açıq məktubda “Hermes” moda evindən dərinin qeyri-insani üsullarla əldə edildiyinə görə çanta üçün onun adını istifadə etməməyi xahiş edib. Lakin “Hermes” rəhbərliyi Birkini razı sala bilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ