“Atasığorta” ASC-nin İdarə Heyətinin sədri Müseyib Əliyev işdən çıxıb.
Buta.media-nın məlumatına görə, “Qafqazinfo” xəbər verir ki, M.Əliyevin yerinə kimin təyin edilməsinə dair hələ ki məlumat yoxdur.
Qeyd edək ki, Müseyib Əliyev 2012-ci ildən “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədridir.