Təhsil naziri Emin Əmrullayevlə jurnalist Ruslan Zeynallının fotosu sosial şəbəkədə gündəm olub.
Bakupost.az yazır ki, nazirlə jurnalistin bir-birinə bənzəməsi maraqla qarşılanıb. Bir çox sosial şəbəkə səhifələrində paylaşılan fotoya “alma-almaya bənzər”, “elə bildim montajdir”, “bu qədər də bənzərlik olmaz” kimi şərhlər yazılıb.
Qeyd edək ki, R. Zeynallı uzun illər “ASAN Radio”da və bir sıra televiziya kanallarında aparıcı-redaktor vəzifələrində çalışıb.
Hazırda o, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiridir.
Eyni zamanda, Real TV-də Nazirliyin layihəsi olan “Fermerin real dostu” verilişinin aparıcısıdır.
R. Zeynallı bəstəkar və müğənni Sevinc Ağasıyeva ilə ailəlidir.