Söyüdlüdə xəstələnmə hallarının tullantı ilə əlaqəli olduğu təsdiqlənməyib - nazir

“Gədəbəyin Söyüdlü kəndində çirkləndirici maddələrin çox olması ilə bağlı narahatlıq vardı. İlk gün aparılan hava keyfiyyətinin nəticələrinə görə təhlükəli maddələrin normadan artıq olmadığı məlum olub. Yəni hər şey norma daxilindədir”.

Bunu Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması məqsədilə yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, kənd sakinləri üçün müayinələrin aparılması təşkil olundu:

“Müayinədən imtina edənlər də oldu. Xəstəxana şəraitində yoxlanılan da var idi”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ