Tovuz döyüşlərində “Harop”un tətbiqi - video

Dövlət Sərhəd Xidməti (DSX) 2020-ci il iyulun 12-də baş vermiş Tovuz döyüşləri zamanı düşmənə qarşı “Harop” PUA-larının tətbiq olunmasına dair video yayıb.

Videoda gecə döyüşlərində düşmən hərbi hissəsinin qərargahına “Harop”un tətbiqi görünür. Ermənistan ordusuna məxsus hərbi hissənin əvvəlki və “Harop”la vurulandan sonra dağılmış vəziyyəti əks olunur.

Bununla yanaşı, videoda gecə və gündüz saatlarında düşmənin silah-sursat anbarına, dayaq məntəqəsinə, hərbi texnika və avtomobillərinə zərbələr də əks olunub.

Partlayışlardan sonra ərazidə dağıntılar yaranıb, düşmənin canlı qüvvəsi məhv olub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ