Bakıda polis intihar ətmək istəyən qadını belə xilas etdi - VİDEO

Bakıda daha bir qadın intihara cəhd edib.

Buta.media xəbər verir ki, hadisə yaxın dəqiqələrdə paytaxt ərazisində baş verib. 

Belə ki, orta yaşlarda bir qadın Koroğlu metrosu yaxınlığında yerləşən körpünün üzərinə çıxaraq özünü atmaq istəyib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Polislərin sayıqlığı nəticəsində qadın ölümün pəncəsindən xilas edilib.

Faktla bağlı araşdırma aparılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ