Araz çayında iki nəfər batıb, biri uşaqdır

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Araz çayının İmişli rayonunun Şahverdili kəndi ərazisindən keçən hissəsində biri uşaq olmaqla iki nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ