Fransa Ukraynaya Storm Shadow raketlərini vermək istəyir

Fransa uçuş məsafəsi ən azı 250 kilometr olan SCALP raketlərini (Storm Shadow) Ukraynaya vermək qərarına gəlib.

“Le Monde” yazır ki, bu barədə Fransa prezidenti Emmanuel Makron NATO-nun Vilnüs sammitinin ilk günündə bildirib. “Hesab edirəm ki, bu gün bizim üçün Ukraynaya dəstək, NATO-nun birliyi haqqında siqnal göndərmək vacibdir”, - o vurğulayıb.

Bununla da Fransa Ukraynanı bu cür silahlarla təmin edən ikinci ölkə olacaq. Bundan əvvəl Böyük Britaniya Ukraynaya uzaqmənzilli “Storm Shadow” raketləri göndərmişdi.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Fransanın bu qərarını “səhv” adlandırıb. “Bu cür qərarlara münasibətdə prinsipial yanaşmanı bir daha təkrar edirik: bu qərarlar müharibə çərçivəsində hadisələrin gedişinə təsir göstərə bilməz. Onlar ancaq Ukrayna, Kiyev rejiminin taleyini daha da pisləşdirə bilər”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ