Bu ilin may ayında həbsdən azad edilən "Yeni Klinika” Publik Hüquqi Şəxsin keçmiş direktoru Pərviz Abbasovun görüntüləri yayılıb.
Teleaparıcı Hacı Nuran Hüseynov 2 ay əvvəl azadlığa buraxılan P. Abbasovla fotolarını paylaşıb.
Qeyd edək ki, bu ilin may ayında Pərviz Abbasova təyin olunmuş 3 il həbs cəzasının 23 hissəsi başa çatıb. Məhkəmə məhkumun cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini və cəzaçəkmə müəssisəsinin müsbət rəyini əsas götürərək onu vaxtından əvvəl cəzadan şərti olaraq azad edib.
Xatırladaq ki, Pərviz Abbasov 2021-ci ilin aprelin 22-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub. O, bir qrup şəxslə əlbir olaraq koronavirusa yoluxmuş xəstələrin klinikada müalicə alması müqabilində külli miqdarda rüşvət almaqda ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Abbasov Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə təqsirli bilinərək 8 il 6 ay azadlıqdan mərhum edilib. Bakı Apellyasiya Məhkəməsi cəzanı 5 il 6 aya, Ali Məhkəmə 3 ilə endirib.