ABŞ-ın Pensilvaniya ştatındakı Vayomissinq şəhərində 37 yaşlı azərbaycanlı Nail Salamov evinə girməyə çalışan iki nəfərə mane olmaq istərkən güllələnib.
Buta.media xəbər verir ki, Philadelphia.cbslocal.com saytının yazdığına görə, insident yerli vaxtla axşam 22:00 radələrində Birçvud küçəsində baş verib.
Polisin məlumatına görə, 37 yaşlı bank işçisi Nail Salamov naməlum şəxslər tərəfindən güllələnib.
Silahlılar onun yataq otağına daxil olaraq onun qol nayihəsindən güllələyiblər. Hadisə vaxtı evdə onun səkkiz və 10 yaşlı uşaqları olub.
Xəstəxanaya çatdırılan Salamov qan itkisindən dünyasını dəyişib.