Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçilib

Özbəkistanın hazırkı dövlət başçısı Şavkat Mirziyoyev iyulun 9-da keçirilən prezident seçkilərində 87,05 faiz səslə qalib gəlib.

Bunu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev bildirib.

O qeyd edib ki, Ş.Mirziyoyev bu nəticə ilə yenidən Prezident seçilib. Liberal-Demokrat Partiyasının lideri olan Şavkat Mirziyoyevin namizədliyini Sahibkarlar və işgüzar insanlar Hərəkatı irəli sürüb.

Məlumata görə, digər iddiaçılar - Özbəkistan Ali Məhkəməsi sədrinin birinci müavini, “Ədalət” - Sosial Demokrat Partiyasından prezidentliyə namizəd Robaxon Maxmudov 4,43 faiz, Xalq Demokrat Partiyasının namizədi Uluqbek İnoyatov Abdşukur Xamzayev 3,74 faiz səs toplayıb.

Qeyd edək ki, Ş.Mirziyoyev 1957-ci ildə anadan olub. 2003-cü il dekabrın 11-də Özbəkistanın Baş naziri vəzifəsinə təyin olunub. O, ilk dəfə 2016-cı il dekabrın 14-də Özbəkistan Prezidenti seçilib.

2021-ci ilin oktyabrında keçirilən seçkilərdə yenidən qalib gəlib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ