Mehriban Əliyevadan daha bir örnək - FOTO

Azərbaycanın və onun paytaxtı Bakının memarlıq və tarixi irsinin qorunub saxlanılması hər birimiz üçün prioritet məsələdir. Onun həlli üçün həm vətəndaş mövqeyi, həm insanların öz doğma şəhərinin simasına biganə yanaşmaması, həm də fəal ictimai nəzarət gərəkdir.

Buta.media-nın məlumatına görə, bu barədə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva öz İnstagram səhifəsində yazıb.

M. Əliyeva qeyd edib ki, Bakının Süleyman Rüstəm küçəsindəki qədim bina ətrafında yaranmış vəziyyət dövlətin nəzarəti altındadır. 

“Ölkəmizin mədəni irsinə xələl gətirilməməsi üçün bütün lazımi tədbirlər görülür. Axı unikal və müxtəlif memarlıq abidələri bizim ümumi sərvətimizdir. Ölkəmizi, şəhərimizi doğma evimiz - ümumi evimiz kimi qorumalıyıq”, - deyə, M. Əliyeva yazıb.

Qeyd edək ki, son günlər sosial şəbəkədə əvvəllər malakanların ibadət evi olmuş, hazırda isə “Salaam Cinema”nın yerləşdiyi binanın sökülməsi ilə bağlı söhbətlər yayılıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

✔️”Azərbaycanın və onun paytaxtı Bakının memarlıq və tarixi irsinin qorunub saxlanılması hər birimiz üçün prioritet məsələdir. Onun həlli üçün həm vətəndaş mövqeyi, həm insanların öz doğma şəhərinin simasına biganə yanaşmaması, həm də fəal ictimai nəzarət gərəkdir. Bakının Süleyman Rüstəm küçəsindəki qədim bina ətrafında yaranmış vəziyyət dövlətin nəzarəti altındadır. Ölkəmizin mədəni irsinə xələl gətirilməməsi üçün bütün lazımi tədbirlər görülür, axı unikal və müxtəlif memarlıq abidələri bizim ümumi sərvətimizdir. Ölkəmizi, şəhərimizi doğma evimiz – ümumi evimiz kimi qorumalıyıq." ✔️ "Защита архитектурного и исторического наследия Азербайджана и его столицы Баку – приоритетная задача для всех нас. Для ее решения необходимы и гражданская позиция, и неравнодушие людей к архитектурному облику своего родного города, и активный общественный контроль. Ситуация, сложившаяся вокруг старинного здания на улице Сулеймана Рустама в Баку находится под контролем государства. Принимаются все меры, чтобы культурному наследию нашей страны не был нанесен ущерб, ведь уникальные и многообразные архитектурные памятники – это наше общее достояние. Нашу страну, наш город нужно беречь как родной дом – наш общий дом!"

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ