Vəkillər Kollegiyası bu gün 4 vəkilin fəaliyyətini dayandırıb, 1 vəkilə isə töhmət verib.
Vəkillik fəaliyyəti dayandırılan şəxslərdən biri tanınmış vəkil Elçin Sadıqovdur.
Qeyd edək ki, Elçin Sadıqov ötən il jurnalist Əvəz Zeynallı ilə birlikdə həbs edilmişdi.
E.Sadıqov vəkili olduğu “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alınaraq jurnalist Əvəz Zeynallıya verilməsində vasitəçilik etməkdə ittiham olunur. O, sonradan ev dustaqlığına buraxılıb, cinayət işi ayrıca icraata götürülüb.