Rusiya Lvovu raket atəşinə tutdu: ölənlər var - video

Rusiya ordusunun Lvov vilayətinə raket hücumu nəticəsində 3 nəfər həlak olub.

Bu barədə Lvov meri Andrey Sadovoy teleqram kanalında Telegram kanalına istinadən xəbər verir.

Sadovoyun sözlərinə görə, ölənlərin meyitləri yaşayış binasının dağıntıları altından çıxarılıb.

Bununla yanaşı, Sadovoy deyib ki, 60-a yaxın mənzil və 50 avtomobilə də ziyan dəyib.

Dağıntılar altından axtarış-xilasetmə tədbirləri həyata keçirilir. Ölənlərin sayının artacağı istisna deyil.

Bundan əvvəl Lvov Regional Hərbi Dairəsinin rəhbəri Maksim Kozitski bu hava hücumu zamanı rus hərbçilərinin yaşayış binalarını hədəfə aldığını vurğulayıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ