“Vaqner” ÖHŞ-nin təsisçisi Yevgeni Priqojinin ofisində axtarışların görüntüləri yayılıb.
Binada silah və patron, bir neçə pasport, parik, qızıl külçələr, müxtəlif valyutalarda pul taıpılıb.
Axtarışlar iyunun 24-də də aparılıb. Priqojinin Sankt-Peterburqdakı ofisində içərisində külli miqdarda nağd pul olan qutular da aşkar edilib.
İyulun 4-də tapılan 10 milyard rubl və avadanlıqlar ofisə və Vaqner Mərkəzinə qaytarılıb.