Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli ev dustaqlığına buraxılıb.
“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar verib.
Məlumatı vəkili Hikmət Əliyev təsdiq edib.
Qeyd edək ki, A.Əsədli bu ilin aprelində həbs olunmuşdu. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunaraq ayrı-ayrı şəxslərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirdi.