Güzəştli mənzillər üzrə yeni qayda tətbiq olunacaq - VİDEO

Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların ''güzəştlə əldə etməsi qaydası"nda dəyişikliklər edilib.

Buta.media xəbər verir ki, bu aydan qüvvəyə minəndəyişikliyə əsasən vətəndaşlar əvvəlcə agent banklardan güzəştli kreditin verilməsi haqqda razılıq alıb, sonra mənzil seçəcəklər.

Digər bir dəyişiklik isə məznlillərin gözləmə qaydasında seçimi ilə bağlıdır.

Qeyd edək ki,Agentliyin ilk layihəsi olan yasamal yaşayış kompleksində hazırda güzəştli şərtlərlə satışa çıxarılacaq 1070 boş mənzil var. Bundan əlavə Hövsan yaşayış kompleksində tikilməkdə olan 11 çoxmənzilli binadan 6-nın tikintisi başa çatıb və mənzillər gələn ilin ilk rübündən satışa çıxarılacaq. (Xezerxeber.az)

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ