Azərbaycanlı qadın dövlətə xəyanətdə ittiham olunur

Azərbaycanlı qadın dövlətə xəyanətdə ittiham olunur.

“Qafqazinfo” xəbər verir ki, Əliyeva Fidan Teymur qızına qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. 

F.Əliyevanın cinayət işi ilə bağlı məlumat yayılmayıb, onun konkret olaraq hansı əməllərinə görə cinayət məsuliyyətinə cəlb edildiyi hələlik bilinmir. 

Cinayət işi üzrə ibtidai istintaq başa çatıb, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Eldar İsmayılovun sədrliyi ilə araşdırılacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ