Zelenski: Krım işğal altında olduqca, müharibə bitməyəcək

Krım işğal altında olduqca, müharibə bitməyəcək.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində bildirib.

“Biz Ukraynanı Krımsız təsəvvür edə bilmərik. Və Krım Rusiyanın işğalı altında olduğu halda, bu, yalnız bir şey deməkdir: müharibə hələ bitməyib”, - o vurğulayıb.

Zelenski onu da qeyd edib ki, Krım azad olunmadığı halda qələbə də mümkün deyil.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ