“Tərtər işi”ndə həbs olunduğu üçün 123 min təzminat alacaq

“Tərtər işi” üzrə bəraət almış daha bir hərbçiyə təzminat ödəniləcək.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, bu barədə Nəsimi Rayon Məhkəməsi qərar qəbul edib.

Məhkəmə bəraət almış hərbçi Emin Aibovun iddiasını qismən təmin edib.

Qərara əsasən, ona mənəvi ziyana görə 66 min manat, maddi ziyana görə 57 min manat təzminat kəsilib.

İş üzrə cavabdeh qismində Maliyyə Nazirliyi tanınıb.

Qeyd edək ki, Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu (MAXE) E. Aibov dövlətə xəyanət və digər oxşar maddələrlə ittiham edilərək 15 il azadlıqdan məhrum edilmişdi. O, ötən ilin sonunda bəraət alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ