Türkiyəli fotoqraf Uğur Gallenkuş son zamanlar foto kollajları ilə nəinki öz ölkəsində, ümumiyyətlə dünyada adından bəhs etdirməyi bacarıb.
O, kollajlarında bizə müharibənin çirkli üzü ilə bahalı həyatları, sülhün var olduğu dünyada yaşamağın vacibliyini, dəyər vermədiyimiz adi bir əşyanın, oyuncağın suriyalı uşaqlar üçün möcüzə olduğunu, zibilə atdığımız çürümüş meyvə-tərəvəzin, xarab olmuş qidaların Afrikada insan həyatını xilas edə biləcəyini, bəzən tökdüyümüz göz yaşlarımızı belə sorğulamağı göstərir.
Buta.media “Qafqazinfo”-ya istinadən sözügedən fotolardan bir neçəsini təqdim edir: