Bakıda avtomobil piyadanı vuraraq öldürüb - foto

Bakının Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Belə ki, Məmmədov Rəşad İbrahim oğlu prospektdə piyada üçün müəyyən edilməmiş hissədən keçən zaman onu “Volkswagen” markalı nəqliyyat vasitəsi vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ