Fransa prezidenti Emmanuel Makron Marseldə şəhərin erməni icması ilə görüşüb.
İclas barədə Daşnaksütyun ofisi məlumat yayıb.
“Mən İlham Əliyevə Nikol Paşinyanın özündən daha çox təzyiq göstərmişəm və göstərəcəyəm... Qarabağ məsələsində yeganə mövqeyim və mesajım olan mənəm. Mənim Qarabağ və bütövlükdə Ermənistanla bağlı qətiyyətimə şübhə etməyin. Beynəlxalq ailədə bu gündəmlə demək olar ki, tək mən olsam belə, səylərimi davam etdirəcəyəm”, - erməni icmasının nümayəndələrinə müraciət edən Makron deyib.