Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, iyunun 27-də saat 21 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini Əhməd Axundov idarə etdiyi “Kia” markalı avtomobili yol ayırıcısına vurub.
Nəticədə Ə.Axundov və sərnişinləri H.Əliyeva, S.Qəmbərova, M.Qasımov və İ.Əliyev xəstəxanaya yerləşdirilib. Sürücü orada ölüb, sərnişinlər isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Araşdırma aparılır.