XİN rəhbərləri arasında danışıqlar üç gün davam edəcək

Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar iyunun 29-dək davam edəcək.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

“ABŞ dövlət katibi Blinken hər iki nazirlə danışıqlar aparacaq. İnanırıq ki, birbaşa dialoq Azərbaycanla Ermənistan arasındakı problemin həlli və sülhə nail olmaq üçün açardır”, - Miller əlavə edib.

Qeyd edək ki, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov artıq Vaşinqtondadır. Onunla erməni həmkarı Ararat Mirzoyan arasında görüşün keçiriləcəyi gözlənilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ