Toydan qayıdanlar qəzaya düşdü, beş nəfər öldü - foto

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“APA” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində beş nəfər dünyasını dəyişib.

Qəza zamanı habelə avtomobillərdə olan bir neçə sərnişin ağır xəsarətlər alıb.

Yaralılar Naxçıvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Hər iki avtomobildə olanların toy məclisindən qayıtdığı bildirilir. Qəzanın səbəbi, ölən və yaralıların kimliyi müəyyənləşdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ