Azərbaycanlı iş adamı Adnan Əhmədzadə dünya futbolunun superulduzu, argentinalı Lionel Messinin ad günündə iştirak edib.
Bu barədə o sosial şəbəkə səhifəsində məlumat verib.
Həmyerlimiz Messinin doğma şəhəri Rosarioya gəlib. Əhmədzadə burada ilk dəfə olduğunu da qeyd edib.
Qeyd edək ki, dünən Messinin 36 yaşı tamam olub.