Lukaşenko Pirqojinlə razılaşdı, “Vaqner” hərəkəti dayandırdı

Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb.

Bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

Priqojin Lukaşenkonun Vaqner qüvvələrinin hərəkətini dayandırmaq və gərginliyi azaltmaq üçün addım atmaq təklifini qəbul edib.

Belarus prezidentinin mətbuat xidmətindən o da bildirilib ki, Lukaşenko Rusiya prezidentinin razılığı ilə Priqojinlə danışıqlar aparıb.

Qeyd olunub ki, hazırda "Vaqner" özəl hərbi şirkəti ilə vəziyyətin həlli üçün məqbul variantın layihəsi hazırlanıb. Layihədə Vaqner döyüşçüləri üçün təhlükəsizlik zəmanəti də var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ