“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya Prezidenti Vladimir Putinin xalqa müraciətini şərh edib.
O, Putinin xəyanət adlandırdığı məsələyə belə cavab verib:
“Xəyanət məsələsində prezident yanılıb. Biz vətənimizin vətənpərvərləriyik, biz döyüşmüşük və döyüşürük. Və heç kim prezidentin və ya Federal Təhlükəsizlik Xidmətinin tələbinə əsasən təslim olmaq fikrində deyil. Çünki istəmirik ki, ölkə bundan sonra da korrupsiya, yalan və bürokratiya içində yaşasın”.
Xatırladaq ki, Putin xalqa müraciətində Rusiyada baş verənləri “arxadan vurulan zərbə” adlandırıb. Prezidentin sözlərinə görə, bu addımlar xəyanətdir.