Kadırov çeçenləri “vaqnerçilərə” qarşı döyüşməyə göndərdi

Çeçenistan Respublikasının Müdafiə Nazirliyinin və Milli Qvardiyasının döyüşçüləri gərginlik zonalarına gediblər. Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov “Telegram”da yazıb.

“Rusiyanın birliyini və dövlətçiliyi qorumaq üçün hər şeyi edəcəyik”, - Kadırov deyib.

Bundan əvvəl o, “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinə qarşı sərt tədbirlər görməyə hazır olduğunu yazıb. Kadırovun sözlərinə görə, “qiyam yatırılmalıdır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ