Sosial şəbəkələrdə Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurovun “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə söhbət etdiyi görüntüləri əks etdirən video yayılıb.
Videoda eyni zamanda Baş Qərargahın Baş Kəşfiyyat İdarəsi rəisinin birinci müavini, general-leytenant Vladimir Alekseyev də görünür.
Rostov-na-Donuda çəkildiyi deyilən videoda onlar skamyada əyləşərək söhbət edirlər.
Priqojin hazırda orada olduqlarını açıqlayır: “Rostovu blokadaya alıb Moskvaya gedirik”.
Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqudur.