Azərbaycan səfirliyinə hücum edən şəxs cəzalandı

Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxsin cəzası bəlli olub.

Bu barədə ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva tviter hesabında paylaşım edib.

Onun sözlərinə görə, həmin şəxsə 6 ay şərti həbs. Bundan başqa o, dəymiş ziyanı da ödəyəcək.

Qeyd edək ki, sözügedən hadisə ötən ilin sentyabrında baş vermişdi.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ